Dəmir yumruq » Manşet » Mayın ilk günü hava necə olacaq?
Manşet / Cəmiyyət / Dün, 11:14

Mayın ilk günü hava necə olacaq?

 

Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +9 dərəcədən +11 dərəcəyədək, gündüz +16 dərəcədən +20 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +8 dərəcədən +11 dərəcəyədək, gündüz +18 dərəcədən +23 dərəcəyədək, dağlarda gecə -1 dərəcədən +3 dərəcəyədək, gündüz +5 dərəcədən +10 dərəcəyədək olacaq.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.