Dəmir yumruq » Manşet » "Avroviziya”da Azərbaycan adından xalları o açıqlayacaq
Manşet / Mədəniyyət / 21-04-2025, 19:36

"Avroviziya”da Azərbaycan adından xalları o açıqlayacaq

 

"Avroviziya” 2025-in finalında Azərbaycan adından xalları Safura Əlizadə elan edəcək.
 
 Mahnı müsabiqəsinin ölkəmizdəki lisenziyalı yayımçısı İTV məlumat yayıb.
 
Müsabiqənin ən həyəcanlı anlarından biri sayılan xalvermə mərasimində Safura Azərbaycan münsiflərinin səslərini canlı yayımda təqdim edəcək.
 
Qeyd edək ki, bu, Safuranın bu rolda ilk çıxışı deyil – o, 2010 və 2011-ci illərdə də Azərbaycan adından xalları təqdim etmişdi.
 
Xatırladaq ki, Safura 2010-cu ildə Norveçin Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində “Drip Drop” adlı mahnısı ilə 5-ci yerə layiq görülmüşdü.
 
Bu il müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir və Azərbaycanı “Mamagama” qrupu “Run with u” mahnısı ilə təmsil edir. Final mərhələsi 11 may 2025-ci ildə keçiriləcək və milyonlarla tamaşaçı bu həyəcanlı anlara canlı şahid olacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.