Dəmir yumruq » Manşet » Spikerlər Rusiyada qısa söhbət aparıb
Manşet / Siyasət / Bugün, 15:48

Spikerlər Rusiyada qısa söhbət aparıb

 

Ermənistan parlamentinin spikeri Alen Simonyan azərbaycanlı həmkarı Sahibə Qafarova ilə qısa söhbət apardığını açıqlayıb.
 
Simonyan bu barədə jurnalistlərlə söhbətində danışıb.
 
Onun sözlərinə görə, söhbət Sankt-Peterburqda ötən həftə baş tutan MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının iclası çərçivəsində baş tutub. 
 
Simonyan qeyd edib ki, spikerlər iclas zamanı bir neçə saat yanaşı əyləşiblər və söhbətin məzmunu barədə ictimaiyyətə açıqlama verməməklə bağlı razılığa gəliblər.
 
Xatırladaq ki, S.Qafarova və A.Simonyan sonuncu dəfə 2024-cü ilin mayında Cenevrədə Parlamentlərarası İttifaqın parlament sədrlərinin VI Ümumdünya Konfransının Hazırlıq Komissiyasının ilk iclası çərçivəsində görüşüblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.