Dəmir yumruq » Manşet » Sahibə Qafarova MDB PA-nın iclasında çıxış etdi - Fotolar
Manşet / Siyasət / Dün, 08:02

Sahibə Qafarova MDB PA-nın iclasında çıxış etdi - Fotolar

 

  

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyaya işgüzar səfəri çərçivəsində aprelin 18-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 1941-1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasında çıxış edib.
 
Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbədə böyük rolunu xüsusi qeyd edən Sahibə Qafarova diqqətə çatdırıb ki, xalqımız cəbhəyə 600 mindən artıq oğul və qızını göndərmişdi. Onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub. Bu dəhşətli müharibədə göstərdikləri igidliyə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub.
 
S. Qafarova bu tarixi Qələbədə Azərbaycan neftinin böyük rolundan danışaraq bildirib ki, müharibə illərində Sovet İttifaqında hasil edilən neftin dörddə üçü, aviasiya benzininin və yüksək keyfiyyətli motor yağlarının isə 85-90 faizi Azərbaycanın payına düşürdü.
 
Spiker qeyd edib ki, ölkəmizdə İkinci Dünya müharibəsi veteranlarına diqqət və qayğı bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Bu istiqamətdə Prezident tərəfindən imzalanmış çoxsaylı sərəncamlar – müharibə veteranlarına göstərilən qayğının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi bunun bariz sübutudur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.