Dəmir yumruq » Manşet » Polis hansı ərazilərdə siqaret çəkənləri cərimələyə bilər?
Manşet / Cəmiyyət / 9-04-2025, 19:34

Polis hansı ərazilərdə siqaret çəkənləri cərimələyə bilər?

 

Polis hansı ərazilərdə siqaret çəkənləri cərimələyə bilər?
 
Son günlər ictimai yerlərdə siqaretə görə cərimələr çoxalıb. Bəzi vətəndaşlarda bu situasiya narazılığa səbəb olub. Onlar qeyd edirlər ki, siqaretə görə hər yerdə cərimələnirlər.
 
Bəs maraqlıdır, hansı yerlərdə siqaret çəkmək qanunla qadağandır? Qadağan olunmuş yerlərdə siqaret çəkənləri hansı cərimələr gözləyir?
 
Vəkil Turan Abdullazadə Oxu.az-a açıqlamasında Azərbaycan Respublikasının "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanununa əsasən, tütün məmulatlarından istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə aşağıda göstərilən yerlərdə siqaret çəkməyin qadağan olunduğunu bildirib:
 
- Təhsil və tərbiyə müəssisələri və onların əraziləri;
 
- Tibb və tibbi-reabilitasiya müəssisələri və onların əraziləri;
 
- İdman yarışları və digər kütləvi tədbirlərin keçirildiyi binalar və obyektlər;
 
- Restoranlar, kafelər, barlar daxil olmaqla ictimai-iaşə obyektləri;
 
- Ticarət obyektləri;
 
- Məişət obyektləri;
 
- Sosial xidmət müəssisələri;
 
- Yerləşdirmə vasitələri;
 
- Mədəniyyət obyektləri (teatr, kinoteatr, muzeylər və s.)
 
- Uşaq meydançaları;
 
- Yerüstü və yeraltı piyada keçidləri;
 
- Nəqliyyat vasitələri (avtobuslar, minik avtomobilləri, dəmir yolu, hava nəqliyyatı və s.)
 
- Yanacaqdoldurma məntəqələri və digər təhlükəli obyektlər;
 
- Çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerləri.
 
Bu qadağaları pozan şəxslərə qarşı müxtəlif cərimələr tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən, tütün çəkməyə görə cərimələr aşağıdakı kimidir:
 
- Siqaret çəkməyə görə: 30 manat;
 
- Tütün tullantılarının ətraf mühitə atılmasına görə: 50 manat;
 
- Hava nəqliyyatında siqaret çəkməyə görə: 100 manat;
 
- Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə: 40 manat;
 
- Şəhərdaxili, şəhərlərarası avtobuslarda və taksilərdə siqaret çəkməyə görə: 40-50 manat;
 
- Dəniz və çay nəqliyyatında siqaret çəkməyə görə: 40 manat.
 
Bundan əlavə, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bu yerlərdə tütün çəkmək qadağan edildiyini göstərən lövhələrin olması da qanunla tələb edilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.