Dəmir yumruq » Manşet » DİN-dən xəbərdarlıq: Onları orijinaldan ayırmaq çətindir!
Manşet / Cəmiyyət / 6-04-2025, 20:54

DİN-dən xəbərdarlıq: Onları orijinaldan ayırmaq çətindir!

 

DİN dən xəbərdarlıq: Onları orijinaldan ayırmaq çətindir!
 
Dələduzlar oxşar dizaynla tələ saytları, kredit təşkilatlarının saxta saytlarını yaradırlar.
 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
 
“Fişinq saytlarını ilk baxışdan orijinaldan ayırmaq çətindir, lakin bu mümkündür. Ünvanın https ilə başladığına əmin olun, domen adında hərflərə və rəqəmlərə diqqət etməlisiniz. Həmin saytların tələb etdiyi qaydaları ilə məbləğindən asılı olmayaraq onlayn ödəniş etsəniz şəxsi məlumatlarınız oğurlanacaqdır. Məsələn, "I" yerinə "1" və ya "o" hərfi yerinə "0" kimi aldatmalarının olub-olmadığını yoxlayın”, - E.Hacıyev qeyd edib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.