Dəmir yumruq » Manşet » DİM sədrindən AYB üzvlərinə çağırış: Dil imtahanından keçin!
Manşet / Cəmiyyət / Dün, 17:52

DİM sədrindən AYB üzvlərinə çağırış: Dil imtahanından keçin!

 

DİM sədrindən AYB üzvlərinə çağırış: Dil imtahanından keçin!
 
DİM olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə, müəllimlərə, elm adamlarına müraciət etmək istəyirik ki, bu imtahandan keçsinlər.
 
Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxış edərkən deyib.
 
"Azərbaycan dili üzrə bu imtahanlardan keçən şəxslərin dili hansı səviyyədə (A1, A2, B1 və s.) bildikləri məlum olacaq. Əlimizdə ilkin data olması üçün bizim ilkin olaraq 2000 nəfərin nəticəsinə ehtiyacımız var", - o bildirib.
 
Qeyd edək ki, bu sertifikasiya imtahanı ölkəmizdə ilk dəfə tətbiq olunur. İmtahan müddəti 3 saatdır. İmtahanda təhsil səviyyəsi, iş yeri, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs iştirak edə bilər, iştirak ödənişsizdir və sertifikatın etibarlılıq müddəti 2 ildir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.