Dəmir yumruq » Manşet » Hikmət Hacıyev Ankarada mühüm görüşlər keçirdi
Manşet / Siyasət / 25-02-2025, 20:09

Hikmət Hacıyev Ankarada mühüm görüşlər keçirdi

 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyədə mühüm görüşlər keçirib.
 
Bu haqda Türkiyə KİV məlumat yayıb.
 
Prezidentin köməkçisi ilk olaraq Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla daha sonra Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.
 
Görüş zamanı Azərbaycanla Türkiyə arasında media və kommunikasiya sahəsində ikitərəfli əməkdaşlıq, qlobal və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.