Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev Diplomatik xidmət haqqında qanunu təsdiqləyib
Manşet / Siyasət / 17-02-2025, 14:32

Prezident İlham Əliyev Diplomatik xidmət haqqında qanunu təsdiqləyib

 

Prezident İlham Əliyev Diplomatik xidmət haqqında qanunu təsdiqləyib.

Xəbər verir ki, sənədə əsasən, bu qanun Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərini və funksiyalarını, diplomatik xidmət orqanlarında xidmətin hüquqi əsaslarını və təşkili qaydalarını, eləcə də diplomatik xidmət orqanı əməkdaşlarının hüquqi vəziyyətinin əsaslarını, əməkdaşların və onların ailə üzvlərinin maddi təminatı və sosial müdafiəsi ilə bağlı məsələləri tənzimləyir.

Qeyd edək ki, dövlət başçısı “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman da imzalayıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.