Xəbər lenti
Dəmir yumruq » Manşet » "Abxaziyadakı qondarma seçkiləri tanımırıq” - Rəsmi Bakı
Manşet / Siyasət / 16-02-2025, 07:09

"Abxaziyadakı qondarma seçkiləri tanımırıq” - Rəsmi Bakı

 

Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma prezident seçkilərini tanımır”.
 
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
 
“Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımır.
 
Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır”, – sənəddə qeyd olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.