Dəmir yumruq » Manşet » Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib
Manşet / Sosial / 7-02-2025, 20:06

Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

 

Prezidentin imzaladığı Sərəncamla Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
 
Demiryumruq. Az məlumatına görə, 45 yaşlı Anar Əliyev yeni təyinatadək həmin Nazirlikdə nazir müavini vəzifəsini tutub.
 
2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirən yeni nazir 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsi alıb.
 
2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
 
Anar Əliyev daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb, 2018-ci ildən isə nazir müavini idi.
 
Evlidir, 2 övladı var.
 
Yeni nazirin atası tanınmış ədəbiyyatşünas, yazıçı Rəhim Əliyev, anası isə Əməkdar jurnalist İradə Əliyevadır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.