Dəmir yumruq » Manşet » Sahibkarların nəzərinə!
Manşet / İqtisadiyyat / 22-01-2025, 13:31

Sahibkarların nəzərinə!

 

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti uzadılır.
 
Demiryumruq. Az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
 
Layihəyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır.
 
Qeyd edək ki, daha əvvəl bu müddət 2025-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.