Dəmir yumruq » Manşet » Onlar işdən çıxarılacaq? - Rəsmi açıqlama
Manşet / Cəmiyyət / 18-01-2025, 05:59

Onlar işdən çıxarılacaq? - Rəsmi açıqlama

 

Təhsil İdarələrində çalışan çoxsaylı əməkdaşın işdən azad olunması və ixtisarı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
 
Demiryumruq. Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
 
Qeyd olunub ki, əvvəlki strukturda metodiki kabinetlərdə çalışan metodistlər fəaliyyətini tabe müəssisələrdə davam etdirir. Əməkdaşların işlə təminatı prosesi hazırda da davam etməkdədir.
 
Qeyd edək ki, cari il ərzində metodik xidmətə cəlb olunacaq yeni metodistlərin seçimi, təlimləndirilməsi və işə cəlbi prosesinin həyata keçirilməsi nəzərdə tutulur.
 
2025-ci il ərzində yeni formalaşdırılacaq metodik xidmətə 500-dən çox metodistin cəlbi nəzərdə tutulur.
 
Bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.