Xocəsənlilər YAP namizədini dəstəkləyəcək.
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Binəqədi rayon, Xocəsən qəsəbəsi üzrə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Anar Əlişah oğlu Nağıyev açıq havada qəsəbənin Qərəmanlar və Abad küçələrində yaşayan seçicilərlə görüşü keçirib.
Məhələlərdə görüşlər keçirən A.Nağıyev ölkəmiz növbəti siyasi hadisə ərəfəsində olduğunu, bələdiyyə seçkiləri yeni uğurlar vəd etdiyini bildirdi. “Azərbaycanda ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait təmin edilib. Real bir həqiqət var ki, siyasi partiyalar arasında ən reytinqli və cəmiyyət arasında ən nüfuzlu siyasi partiya Yeni Azərbaycan Partiyası olduğundan, bələdiyyə seçkilərinin də qalibi Yeni Azərbaycan Partiyası olacaq”.
Növbəli şəkildə qəsəbənin küçələrində sakinlərlə görüşən Anar Nağıyev sakinlərin müraciətlərini dinləyərək, qeydiyyata almışdır.
Görüş zamanı seçicilər müxtəlif problemlrin həlli istiqamətində namizədlə müzakirələr aparmışdılar. Onlar görüşün sonunda YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, YAP-ın namizədi şəhid, qazi ailələrində olaraq, bəzi sakinlri evlərində ziyarət edib.