Dəmir yumruq » Manşet » Azərbaycan bu ölkədə yenidən səfirlik açır - 12 il sonra
Manşet / Siyasət / 30-12-2024, 11:36

Azərbaycan bu ölkədə yenidən səfirlik açır - 12 il sonra

 

Dəməşqdə qısa zamanda Azərbaycan səfirliyinin 12 il sonra yenidən fəaliyyətə başlaması planlaşdırılır.
 
Demiryumruq. Az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Suriya səfəri çərçivəsində bu ölkənin keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşündə bildirib.
 
Görüşdə tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd ediblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.