Dəmir yumruq » Manşet » Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyət istiqamətləri məlum olub
Manşet / Siyasət / 23-12-2024, 17:02

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyət istiqamətləri məlum olub

 

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyət istiqamətləri məlum olub.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi Fondun Nizamnaməsində öz əksini tapıb.

Sənədə əsasən, Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:

Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edəcək.

Şüvəkkil təşkilatlar vasitəsilə və investisiya qoyuluşu formasında Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərəcək.

Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası verəcək.

Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin hazırlanmasında iştirak edəcək.

Bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərəcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.