Dəmir yumruq » Manşet » Azərbaycan metanol ixracından gəlirini artırıb
Manşet / İqtisadiyyat / 2-12-2024, 15:44

Azərbaycan metanol ixracından gəlirini artırıb

 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 83 milyon 854 min ABŞ dolları dəyərində 401 min 958 ton metanol (metil spirti) ixrac edib.

Bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 10 milyon 715 min ABŞ dolları (14,6%), həcm baxımından isə 7 min 170 ton (1,8%) çoxdur.

10 ayda metanol (metil spirti) ixracı ölkənin ümumi ixracının 0,37%-ni təşkil edib.

Qeyd edək ki, ötən ilin ilk 10 ayında Azərbaycan 73 milyon 139 min ABŞ dolları dəyərində 394 min 788 ton metanol (metil spirti) ixrac edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.