Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanda yeni sosial paket həyata keçiriləcək
Manşet / Cəmiyyət / 12-11-2024, 07:13

Azərbaycanda yeni sosial paket həyata keçiriləcək

 

Azərbaycanda növbəti ildən yeni sosial paket həyata keçiriləcək.

Bunu COP29 məkanında jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

"Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev tərəfindən bəyan edildi ki, Azərbaycanda növbəti ildən yeni sosial paket həyata keçiriləcək. Bu çərçivədə həm minimum əməkhaqqı, həm də minimum pensiyalar artırılacaq. Bununla bağlı təkliflər hazırlanıb, hazırda müvafiq dövlət büdcəsinin daxilində nəzərə alınıb.

Mən düşünürəm ki, dövlət büdcəsi müzakirələri yekunlaşdıqdan sonra elan ediləcək. Müzakirələrdən öncə elan etmək düzgün olmaz.

Hər il ölkədə həm yaşayış minimumu artırılır, həm ehtiyac meyarı artırılır, həm də eyni zamanda onlara müvafiq olaraq sosial yardımın müəyyən edilməsinin meyarları, minimum əməkhaqqı və minimum pensiyalar artırılır. Hamısı sosial paketin tərkib hissələridir. Mən düşünürəm ki dövlət büdcəsinin ümumi parametrləri təqdiq olunduqdan sonra bu rəqəmlərin hər biri açıqlanacaq", - nazir qeyd edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.