Xəbər lenti
Dəmir yumruq » Manşet » Trampın seçilməsi ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcək? - Deputatdan açıqlama
Manşet / Siyasət / 6-11-2024, 19:18

Trampın seçilməsi ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcək? - Deputatdan açıqlama

 

Amerika xalqı növbəti dörd il üçün öz liderini seçdi. ABŞ tarixində 60-cı prezident seçkilərinin qalibi Respublikaçılar Partiyasının namizədi Donald Tramp oldu. Hazırda dünya ictimaiyyətini düşündürən məsələ Trampın verdiyi vədləri hansı səviyyədə yerinə yetirəcəyidir”. 
 
Demiryumruq. Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
 
Deputat bildirib ki, artıq bir sıra ölkələrin liderləri Donald Trampı qələbə münasibətilə təbrik edib:
 
“Bu fakt, seçkilərin taleyinin təsdiqi deməkdir. ABŞ dünyada baş verən proseslərə təsir etmək gücündə olan dövlət olduğu üçün bu seçkilər beynəlxalq birliyin xüsusi diqqətində idi. Trampın prezident seçiləcəyi təqdirdə dünyada bütün müharibələrin dayandırılmasına çalışacağı haqda verdiyi vədlər münaqişələrdən əziyyət çəkən xalqlarda müəyyən ümid yaradıb. İndi həmin xalqlar Trampın verdiyi bu vədləri yerinə yetirməsini gözləyir”.
 
“Bu seçkilərin ABŞ-Azərbaycan münasibətlərinə təsirinə gəlincə, ümid edirik ki, proseslər müsbətə doğru inkişaf edəcək. Nəzərə alaq ki, D.Trampın birinci prezidentliyi dövründə qarşılıqlı münasibətlər qənaətbəxş idi. Düşünürəm ki, D.Trampın növbəti dəfə prezident seçilməsi də ABŞ-Azərbaycan münasibətlərinin inkişafına müsbət təsir göstərəcək. Eyni zamanda, bu seçimin bütövlükdə ABŞ-nin Cənubi Qafqaz siyasətində sülh və sabitliyə əhəmiyyətili təsir göstərəcəyi qənaətindəyəm”, - deyə millət vəkili vurğulayıb

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.