Rusiya hücumdan bir neçə saat əvvəl İrana İsrailin gözlənilən zərbəsi barədə xəbər verib.
Demiryumruq.az xəbər verir ki, bu barədə “Skay Nyus Arabia” (Sky News Arabia) telekanalı mənbəyə istinadən məlumat yayıb.
Kanalın həmsöhbəti bildirib ki, Moskva Tehrana “Amerika və İsrailin hərbi fəaliyyəti” haqda kəşfiyyat məlumatları ötürüb.
Mənbə bu məlumatın ötürülməsini Rusiya və İran arasında əməkdaşlığın bir hissəsi, həmçinin “regionda eskalasiyanı azaltmaq üçün tədbir” adlandırıb.
Qeyd edək ki, 26 oktyabra keçən gecə İsrail ordusu İrana hava zərbələri endirib.