Dəmir yumruq » Manşet » XİN Türkiyədə törədilmiş terror aktını pisləyib
Manşet / Siyasət / 23-10-2024, 18:33

XİN Türkiyədə törədilmiş terror aktını pisləyib

 

Azərbaycan XİN Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktını pisləyib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb.

“Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktını qətiyyətlə pisləyirik. Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, - məlumatda qeyd olunub.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.