Qərb Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını saxlamağa, o cümlədən regionda sabitliyi pozmağa çalışır. Bunun üçün onlar hər şeyə, o cümlədən yeni müharibələrə başlamağa, köhnə münaqişələri aktivləşdirməyə hazırdırlar, mən hələ suveren dövlətlərin işlərinə müdaxilədən danışmıram, çünki onlar bunu mütəmadi olaraq edirlər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
"Bu cür davranış ABŞ və Aİ ilə oyun oynamağa çalışan hər kəsə dərs olmalıdır. Onların vədlərinin nə ilə nəticələnəcəyini anlamaq lazımdır. Onlar əvvəlcə qızıl dağlar vəd edəcəklər, lazım gələndə isə öz suverenlik və müstəqilliyindən əl çəkməyi tələb edəcəklər", - M.Zaxarova qeyd edib.