Xəbər lenti
Dəmir yumruq » Manşet » BRICS ölkələri Kazan Sammitinin Bəyannaməsini təsdiqləyiblər
Manşet / Dünya / 23-10-2024, 18:25

BRICS ölkələri Kazan Sammitinin Bəyannaməsini təsdiqləyiblər

 

BRICS-ə üzv dövlətlərin başçıları Kazan Bəyannaməsini qəbul ediblər. Bu sənəd yüksəksəviyyəli görüşün və Rusiyanın birliyə sədrliyi dövründəki bütün nəticələri əks etdirir.

Demiryumruq.Az TASS-a istinadən verdiyi məlumata görə, sənədin təsdiqlənməsi barədə BRICS sammitinin ev sahibi qismində Rusiya Prezidenti Vladimir Putin məlumat verib.

Rusiya lideri genişləndirilmiş tərkibdə iclasdan sonra həmkarlarından soruşub:

"Bu bəyannaməyə dair hər hansı etiraz və ya qeyd varmı? Əgər yoxdursa, bəyannaməni qəbul edilmiş hesab etməyi təklif edirəm".

Putin genişləndirilmiş tərkibdə iclasın yekunlarını ümumiləşdirərək deyib:

"Qeyd etmək istəyirəm ki, biz onu (BRICS sammitinin Kazan Bəyannaməsini) ümumi birgə sənədimiz kimi yaymağı planlaşdırırıq".

Putinin izah etdiyi kimi, sənəddə dünyada vəziyyətə dair ümumi qiymətləndirmələr, Rusiyanın BRICS-ə sədrliyi dövründəki nəticələr ümumiləşdirilib, uzunmüddətli perspektivdə qarşılıqlı fəaliyyətin istiqamətləri müəyyən edilib. Mətnin özü hələ dərc edilməyib. Daha əvvəl Rusiya prezidenti bildirmişdi ki, bəyannamədə BRICS-in gələcək genişləndirilməsi ilə bağlı qərarlar öz əksini tapmalıdır. Bəzi beynəlxalq mövzular da elan edilmişdi. O cümlədən, Kremlin məlumatına görə, heç kimdə etiraz doğurmayan Ukrayna böhranı ilə bağlı formulu razılaşdırmaq mümkün olub.

Rusiyanın birliyə sədrliyinin əsas hadisəsi olan BRICS-in on altıncı sammiti 22-24 oktyabr tarixlərində Kazanda keçirilir. BRICS birliyi 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, 2011-ci ildə Cənubi Afrika Respublikası ona qoşulub. 2024-cü il yanvarın 1-dən Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri olublar. Kazan Sammiti birliyin yeni üzvlərinin də iştirak etdiyi ilk zirvə toplantısıdır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.