Ankarada TUSAŞ aerokosmik şirkətinin inzibati binasına terror hücumu təşkil edən və əsir götürülənlərin görüntüləri yayılıb.
Bu barədə “Sabah” nəşri məlumat yayıb.
Ölkənin daxili işlər naziri Ali Yerlikaya Kahramankazan rayonunda baş verən terror hücumu zamanı ölən və yaralananların olduğunu açıqlayıb. Onların sayı barədə hələlik məlumat verilməyib.
Kamera qeydlərinə görə, hücumçulardan birinin kişi, digərinin qadın olduğu məlumdur. Məlumata əsasən, terrorçular şirkət binasına daxil olaraq, işçiləri əsir götürüblər.
***
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, terror aktını gerçəkləşdirən 2 terrorçu zərərsizləşdirilib. Hücumda 3 nəfər həlak olub, 14-ü yaralanıb.
***
Ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, terror aktı zamanı həlak olanların sayı 4-ə çatıb.