Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycan XİN Türkiyədə törədilmiş terror aktını pisləyib
Manşet / Siyasət / 23-10-2024, 17:37

Azərbaycan XİN Türkiyədə törədilmiş terror aktını pisləyib

 

Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını qətiyyətlə pisləyirik.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial medai hesabında paylaşım edib.

“Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki,Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu olub. Terror aktı nəticəsində şəhid və yaralananlar var. Hadisə yerinə çox sayda xüsusi təyinatlı polis və tibbi yardım heyəti cəlb edilib. İlk partlayışdan sonra silah səsləri eşidilib.

Məlumata görə, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışmalar davam edir və girovların olduğu bildirilir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.