Xəbər lenti
Dəmir yumruq » Manşet » Tarixi əhəmiyyət kəsb edən Qubadlı zəfəri
Manşet / Siyasət / 23-10-2024, 10:35

Tarixi əhəmiyyət kəsb edən Qubadlı zəfəri

 
44 günlük Vətən müharibəsi müasir Azərbaycan tarixinin şanlı səhifələrindən biri və ən önəmli hadisəsidir. 2020-ci ildə 27 sentyabrda  başlamış Vətən müharibəsində əldə etdiyimiz Zəfər Azərbaycan tarixinə ən şərəfli səhifə olaraq yazılmışdır. İşğaldan azad edilən şəhər və kəndlərin hər biri xüsusi önəm daşıyır, Qubadlı zəfəri isə böyük tarixi əhəmiyyət kəsb edir. Qubadlının işğaldan azad edilməsi ilə möhtəşəm Zəfərə bir addım daha yaxınlaşdıq.
Qubadlı rayonu 14 mart 1933-cü ildə yaradılmışdır. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə, 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır. Şirvanşah Şeyx İbrahim Dərbəndinin babasının adı KeyQubadın adı ilə bağlı olan rayonun İnzibati mərkəzi Qubadlı şəhəridir.
31 avqust 1993-cü il tarixində Ermənistan Silahlı Qüvvəlləri tərəfindən işğal edilmiş Qubadlı rayonu, 27 il sonra  Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində oktyabrın 25-də  işğaldan azad edilmişdir. Bu tarixi xəbəri  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev oktyabrın 25-də özünün tvitter hesabından elan etmişdir. Ölkə başçısı oktyabrın 26-da  xalqa müraciətində Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bildirmişdir. Müzəffər Ali Baş Komandan eyni zamanda Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlamışdır.
Qubadlının azad edilməsi tarixi hadisə olmaqla yanaşı böyük Qələbənin müjdələrindən idi. Qubadlı əməliyyatı İkinci Qarabağ döyüşlərinin ən gərgin döyüşlərindən olmuşdur. 
Prezident  İlham Əliyev  Qubadlının azad olunmasının önəmindən danışanrkən qeyd edib ki, “Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu”.
2020-ci il noyabrn 26-da Qubadlının azad olunmasına görə medal təsis edilib.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 15212 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Bu gün işğaldan azad olunmuş ərazilərin, o cümlədən Qubadlının da  bərpası istiqamətində mühüm işlər görülür. Qubadlı  yeni inkişaf dövrünü yaşayır. Şəhər və işğaldan azad edilən 41 kənd yenidən qurulur. Prezident İlham Əliyevin regionda görülən bərpa və yenidənqurma işlərinə birbaşa nəzarət etdir. İşğaldan azd edildikdən sonra  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda bir neçə  dəfə səfərdə olublar. Səfərlər  zamanı rayonda aparılan bərpa quruculuq işləri ilə yerində tanış olub, bir sıra mühüm təməlqoyma və açılış mərasimlərində iştirak ediblər. 
2020-ci il 23 dekabr tarixində Prezident, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin Qubadlıda Azərbaycan bayrağını qaldırması isə tarixi hadisə olmaqla yanaşı, qubadlılılarla yanaşı, bütün Azərbaycan xalqının ümumi sevincinə səbəb oldu. Bundan sonra  25 oktyabr  tarixi Azərbaycan dövlətinin tarixində şanlı səhifə olaraq qalacaqdır.
 
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.