2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin oktyabrın 19-na olan xronikasını təqdim edir:
- Prezident İlham Əliyev xalqa müraciət edib;
- Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və 24 kəndin işğaldan azad olunduğunu bildirib;
- Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib;
- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" hesabında Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı paylaşım edib;
- Azərbaycan Bayrağı Zəngilan şəhərinə sancılıb;
- Düşmənin zirehli texnikaları məhv edilməsinin videogörüntülərini yayılıb. Düşmənin məhv edilən hərbi texnikalarının siyahısı açıqlanıb. Ermənistan muzdlulardan ibarət "Legion" dəstəsi döyüşməkdən imtina edib;
- Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutub, 2 mülki şəxs həlak olub;
- Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilməsinin videogörüntüləri yayılıb;
- Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib;
- Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilməsinin videogörüntüləri yayılıb.