Xəbər lenti
Dəmir yumruq » Manşet » Əli Əhmədov: "Azərbaycan xalqı İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir"
Manşet / Siyasət / 18-10-2024, 11:41

Əli Əhmədov: "Azərbaycan xalqı İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir"

 

"Azərbaycana qarşı olan təzyiqlər xalqı birləşdirir. Müstəqillik birdəfəlik qəbul edilən aksiyadır. Amma onu qorumaq üçün hər gün, hər ay, hər il çalışmaq lazımdır".

Bunu parlamentin bugünkü plenar iclasında Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycanın qalib dövlətə çevrilməsi, gücünün artması bölgədə neqativ halların qarşısını alan amilə çevrilib:

"Buna görə də Azərbaycana qarşı təzyiqlər artıb. Bu cür təzyiqlər, təhdidlər, əslində, Azərbaycan cəmiyyətini birləşdirir. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan xalqı Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir".


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.