Benyamin Netanyahu unutmamalıdır ki, İsrail ölkə olaraq BMT-nin qərarı ilə yaradılmışdır.
Demiryumruq.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron İsrail tərəfinin narazılığı ilə bağlı açıqlamasında deyib.
“Cənab Netanyahu bilməlidir ki, ölkəsi BMT-nin qərarı ilə yaradılıb və buna görə, o, BMT qərarlarını pozmamalıdır”, - deyə o bildirib.
Qeyd edək ki, İsrail BMT-nin əleyhinə kəskin bəyanatlar verir, İsrail XİN başçısı isə BMT Baş katibi Antonio Quterreşin ölkəyə girişini qadağan edib