Avstraliya bölgədəki qeyri-sabit təhlükəsizlik səbəbindən vətəndaşlarına İsrail və Livana səyahət etməmələri barədə xəbərdarlıq edib.
Bu haqda Avstraliya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada İsrail və Livandakı bütün Avstraliya vətəndaşlarına dərhal bu iki ölkəni tərk etməyə çağırılıb.
Ölkənin xarici işlər naziri Penny Vonq “X” sosial şəbəkə hesabında etdiyi şərhdə, hökumətin İsraildə təhlükəsizlik vəziyyətinin sürətlə pisləşə biləcəyindən narahat olduğunu qeyd edib.
O bildirib ki, vətəndaşlar fövqəladə hallarda səfirliklər və konsulluqlarla əlaqə saxlamalı və səlahiyyətlilərlə koordinasiya etməlidirlər.