Dəmir yumruq » Manşet » Qafarova Simonyanla görüşdən son anda imtina etdi
Manşet / Siyasət / 15-10-2024, 13:10

Qafarova Simonyanla görüşdən son anda imtina etdi

 

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında Cenevrədə planlaşdırılan görüş ləğv edilib.

Bu barədə Ermənistan parlamenti sədrinin mətbuat katibi Movses Arutyunyan məlumat yayıb.

O bildirib ki, Azərbaycan tərəfi əvvəlcədən razılaşdırılmış görüşdən son anda imtina edib.

Arutyunyanın sözlərinə görə, İrəvana qayıtdıqdan sonra Simonyan səbəblərlə bağlı əlavə izahatlar verəcək.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.