Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev: “Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir”
Manşet / Siyasət / 5-10-2024, 18:34

Prezident İlham Əliyev: “Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir”

 

 

İşğaldan azad olunan Cəbrayıl şəhəri doğma sakinlərini qoynuna alaraq Cəbrayıl Şəhəri Gününü bpyük bayram ovqatı, sevinc içərisində qeyd edir. 


Ötən gün daha bir tarixi gün  - Cəbrayıl Şəhəri Günü sakinlərin iştirakı ilə öz doğma şəhərlərində qeyd olundu. Təbii ki, hər bir əlamətdar gün keçilən yolun təhlilini bir zərurətə çevirir.


2020-ci ilin oktyabrın 4-də Azərbaycan respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. Dünya hərb tarixində ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edildi. Cəbrayıl əməliyyatının uğurla həyata keçirilməsi Vətən müharibəsinin sonrakı gedişinə də əhəmiyyətli təsir göstərmişdir. Cəbrayıl şəhərini işğaldan azad olunması taktiki – strateji baxımdan çox böyük önəm kəsb edirdi. Bu parlaq qələbə Azərbaycan Ordusuna o vaxt hələdə işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonları istiqamətində uğurlu hücum əməliyyatları keçirmək üçün taktiki mövqelərə çıxmaq imkan verdi. Təsadüfi deyil ki, bu tarixin qələbədən bir il sonra, 2021-ci ilin oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu günün bizim tariximizdə əbədi qalacağını xüsusi vurğuladı. Həmin tarixi Zəfər günündən artıq 4 il keçir. 4 ildir ki, Azərbaycan Zəfər yolu ilə, dinc quruculuq yolu ilə inamla irəliləyir və öz naliyyətləri ilə beynəlxalq aləmdə tutduğu mövqelərinin möhkəmlətməkdə davam edir.


Otuz ilə yaxın işğal altəında olan torpaqlarımız azad olunduqdan sonra Qarabağımız, Şərqi Zəngəzurumuz yenidən qurulur. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə səfərləri və burada görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, burada görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur.


Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. Böyük Qayıdışın yüksək səviyyədə reallaşmasına xidmət edən addımların miqyasının genişliyi diqqətdən kənarda qalmır. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayılda da bu proses uğurla davam etdirilir. Bütün bunlar hamısı bizim qələbələrimizin davamıdır.


Hər bir hədəf irəliyə doğru addımdır. Bütün işlərin ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycanın qarşısına qoyduğu bütün hədəflərin uğurla gerçəkləşməsinə stimul yaradır. Bu baxımdan böyük qürur hissi ilə bildiririk ki, dövlət başçısı İlham Əliyevin qeyd etdiyimiz çağırışı artıq reallıqdır. Sentyabrın 26-da ilk, 28-də növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salındı. Artlq sakinlərinə qovuşan şəhərlərimizin sayı 5-ə çatıb, soydaşlarımızın bu torpaqlara qayıdışı, eyni zamanda yüksək həyat şəraitinin təmin olunması üçün bir-birindən mühüm addımlar atıldığını bir daha təsdiqləyir.


Bütün bu məqamlara ötən gün Cəbrayıl sakinləri ilə keçirilən görüşdə cənab Prezidentin nitqində geniş şəkildə bir daha toxunuldu və eyni zamanda mühüm mesajlar səsləndi. Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirdiyi fikilər son 4 ildə görülən işlərin əsasında dayanırdı.


Artıq bu gün qürur hissi ilə torpaqlarımızın işağldan azad edildiyi günləri qeyd edirik. İşağldan azad edilmiş ərazilərimizdə ucaldılan Azərbaycan bayrağı dünyaya bu torpaqların sahibinin Azərbaycan xalqı olduğunu bir daha nümayiş etdirir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.