Xəbər lenti
Dəmir yumruq » Manşet » “Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb”
Manşet / Siyasət / 3-10-2024, 08:09

“Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb”

 

“Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edib. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanıb”.

Bu, Prezident İlham Əliyevin Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində bildirilib.

İ.Əliyev müraciətində torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlardan söz açıb.

Prezident qeyd edib ki, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb, əksinə onlar qəhrəmanlaşdırılıblar.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.