“Hizbullah” lideri Həsən Nəsrullahın sentyabrın 27-si Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyü rəsmi olaraq təsdiqlənib.
Demiryumruq.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
“Həsən Nəsrullah dünən İsrail Hərbi Hava Qüvvələrinin Beyrutda endirdiyi zərbə nəticəsində öldürülüb”, - məlumatda deyilir.
Qeyd edək ki, “Hizbullah” hərəkatının lideri Şeyx Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah da Beyrutun cənubunda İsrailin hava hücumu nəticəsində ölüb.