Dəmir yumruq » Manşet » Rusiyadan İsrailə xəbərdarlıq: Sizi bağışlamayacaqlar!
Manşet / Dünya / 20-09-2024, 20:38

Rusiyadan İsrailə xəbərdarlıq: Sizi bağışlamayacaqlar!

 

Bəzi İsrail rəsmilərinin onlar üçün hər şeyin bağışlanması xəttinə sadiq qalması pis tendensiyadır, İsrailin Qəzzada fəaliyyəti qəbuledilməzdir.
 
Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov “Skay Nyus Arabia”ya müsahibəsində deyib.
 
“Bəzi xadimlərin yəhudi xalqının Holokost qurbanı olduqlarını, onların üçün hər şeyin bağışlanacağını rəhbər tutması mənfi tendensiyadır. Bu, Hitler Almaniyasına və ideologiyasına xas olan eksklüzivliyin əlamətidir. İsraildə çoxlu dostum var. Onların əksəriyyəti başa düşür ki, Fələstin dövlətinin yaradılması məsələsi həll olunmalıdır və Fələstin xalqının təbii hüquqlarını boğmaq olmaz”, - deyə Lavrov bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.