ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) müşahidəçiləri ilə ölkəni tərk etdikləri üçün görüş keçirdik.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov seçkilərin qanunvericiliyə uyğun olaraq keçirildiyini onların diqqətinə çatdırdığını qeyd edib.
“Mən onların diqqətinə çatdırdım ki, seçki qanunvericiliyə uyğun keçirilir. Seçkilərə hər hansı kənar müdaxilə, hər hansı fikrin zorla qəbul etdirilməsi yolverilməzdir. Biz seçki ilə bağlı sizin konstruktiv fikirlərə diqqətlə yanaşacağıq”, - deyə o qeyd edib.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.