Xəbər lenti
Dəmir yumruq » Manşet » Sosial şəbəkədə olan bütün görüntülər araşdırılacaq - MSK sədri
Manşet / Siyasət / 4-09-2024, 18:00

Sosial şəbəkədə olan bütün görüntülər araşdırılacaq - MSK sədri

 

Daxil olan müraciətləri araşdıracağıq.

Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, milyonlarla insanın iştirak etdiyi tədbirdə hansısa pozuntu baş verə bilər: “MSK hər zaman eyni prinsiplə işləyib. Bizim haqqımızda nə deyilir, nə yazılır, qəti bizim üçün əhəmiyyəti yoxdur. Bizə lazımdır ki, Azərbaycan vətəndaşları görsün ki, qəbul etdiyimiz qərarlar əsaslandırılmış qərarlardır. Hansısa məntəqədə pozuntu halı ilə bağlı bizə müraciət daxil olmayıbsa, biz onunla bağlı qərar qəbul edə bilmərik. Biz işimizi yüksək səviyyədə görəcəyik. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bizim işimizi qiymətləndirəcək. Sosial şəbəkədə olan bütün görüntülər də araşdırılacaq. Biz nəticəyə gələcəyik. Əfsuslar olsun ki, çox vaxt beynəlxalq qurumlar, müraciət edənlər sona qədər iştirak etməkdən qaçırlar. Bu qədər kamera qarşısında danışırıq, araşdırırıq. Sabah bu sözümüzü dəyişmək olmaz. Çox tərəflər ağzına almasın ki, MSK-da məsələlər gizlin aparılır”.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.