Türkiyə ilə Avropa Birliyi arasında əlaqələrin intensivləşməsi ümumi maraqlara cavab verəcək.
Demiryumruq. Az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan AB nazirləri ilə görüşdən sonra deyib.
O qeyd edib ki, bunun üçün 2019-cu ildə dayandırılmış dialoq mexanizmlərini, həmçinin Gömrük İttifaqı haqqında sazişin yenilənməsi məsələsini yenidən işə salmaq lazımdır.