Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanın növbəti Zəfəri
Manşet / Siyasət / 26-08-2024, 21:15

Azərbaycanın növbəti Zəfəri

 
 
Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Laçın rayonu işğal edilmiş, əhalisi öz yurd yuvasından didərgin düşmüş, şəhər vandalizmə məruz qalmış, rayonun təbii resursları talan edilmişdir. 
1992-ci ildə Şuşadan sonra Laçının da Ermənistanın işğalı altına düşməsi AXC-Müsavat cütlüyünün çirkin xəyanətinin nəticəsini idi. AXC-Müsavat cütlüyü həmin dövrdə hakimiyyəti ələ keçirməyə çalışır, bunun üçün istənilən yollara , çirkinliyə, xəyanətə əl atırdı. Təbii ki, torpaqların Ermənistana satılması xəyanətkar cütlük üçün  çirkin niyyətlərinə çatmaları üçün bir fürsət oldu. Əvvəlcə Şuşa sonra  Laçın işğal olunandan qısa müddət sonra  AXC-Müsavat cütlüyü zorla, silah gücünə hakimiyyəti zəbt etdi. 
Şükürlər olsun ki, Tanrı Azərbaycan xalqına  İlham Əliyev kimi güclü , qətiyyətli  rəhbər bəxş edib. Məhz Prezident İlham Əliyevin komandanlığı ilə 28 il sonra  Azərbaycan xalqı  özü tarixi ədaləti bərpa etməyi bacardı, öz tarixi , əzəli torpaqlarını düşməndən azad etdi.
 
2020-ci ilin sentyabrında başlayan və cəmi  44 gün davam edən Vətən müharibəsində məğlub olaraq kapitulyasiya etmiş Ermənistan dekabrın 1-də Laçın rayonunu  Azərbaycana  təhvil verdi.  Laçın rayonunun itki vermədən, bir güllə atmadan azad edilməsi Azərbaycanın növbəti uğuru, Zəfəri idi.
Bu gün işgaldan azad edilmiş ərazilərimizdə olduğu kimi Laçın rayonunda da bərpa - quruculuq işləri sürətlə davam edir.  “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq laçınlılar da öz doğma torpaqlarına qayıdırlar. Artıq  Laçın şəhərinə 534 ailənin daimi məskunlaşması təmin edilib.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 26 avqust tarixi Laçın şəhəri günü kimi müəyyən olunub. Laçınlılar başda olmaqla, bütün Azərbaycan xalqı bu tarixi günü böyük coşqu və sevinclə qeyd edir.
 
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.