Dəmir yumruq » Manşet » Ermənistan hökuməti Azərbaycanla sülh sazişini sabotaj edir - Lavrov
Manşet / Siyasət / 19-08-2024, 18:08

Ermənistan hökuməti Azərbaycanla sülh sazişini sabotaj edir - Lavrov

 

Ermənistan hökuməti Azərbaycanla sülh sazişini sabotaj edir.

Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu xarici işlər naziri Sergey Lavrov Rusiya televiziyasına açıqlamasında deyib.

"Biz sülh müqaviləsinin tezliklə imzalanmasının və kommunikasiyaların blokdan çıxarılmasının tərəfdarıyıq", - o deyib.

XİN rəhbəri vurğulayıb ki, Ermənistan üzərindən kommunikasiyaya gəlincə, baş nazir Paşinyanın imzaladığı sazişi sabotaj edən məhz Ermənistan hökumətidir.

“Belə bir mövqenin mənasını anlamaq çətindir”, - Sergey Lavrov əlavə edib.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.