Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycan və Mərkəzi Asiya iqtisadi inteqrasiyanı genişləndirir
Manşet / Siyasət / 11-08-2024, 08:56

Azərbaycan və Mərkəzi Asiya iqtisadi inteqrasiyanı genişləndirir

 

Prezident İlham Əliyevin nüfuzlu tədbirlərdə iştirakı və dünyada baş verən hadisələrə obyektiv münasibəti, həmçinin ölkəmizin inkişafı, sülh tərəfdarı olması haqqında səsləndirdiyi bəyanatlar Azərbaycanın yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib. Bu uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyinin fəal üzvü kimi beynəlxalq mövqeyini ildən-ilə gücləndirir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət milli maraqlarımızı qlobal miqyasda layiqincə təmin edir. 


Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyub. Xüsusilə Vətən müharibəsində Qələbəmizdən sonra Azərbaycanın dünya birliyində nüfuzu daha da artmış, ölkəmizlə əməkdaşlıq qurmaq istəyən dövlətlərin sayı getdikcə çoxalmışdır. Onların arasında Mərkəzi Asiya dövlətləri vacib yer tutur. Azərbaycan prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri, keçirdiyi görüşlər, o cümlədən qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər təkcə respublikamız və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütövlükdə Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir.


Prezident İlham Əliyevin bu günlərdə Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirakı dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin edilməsinə, əməkdaşlığın genişlənməsinə verilən yüksək qiymətin daha bir bariz nümunəsidir. Azərbaycanın belə görüşlərə dəvət olunması dövlət başçısının çıxışında qeyd olunduğu kimi ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Son iki ildə Mərkəzi Asiya ölkələrinə 16-cı səfərini vurğulayan prezident İlham Əliyev çıxışı əsnasında eyni zamanda bildirib ki: “Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistannan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.”


Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Qürurverici haldır ki, Ermənistanın işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir.


Azərbaycan prezidenti dünyada artan təhdid və çağırışlardan da söhbət açaraq və bunun ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb etdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin əhəmiyyətini də qeyd edib. Vurğulayib ki, “Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları hərbi əməkdaşlıq sahəsində münasibətlərin inkişafının vacib göstəricisidir. Bundan əlavə, Azərbaycan bərpaolunan enerji, nəqliyyat-tranzit sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır” – deyə dövlətimizin başçısı bildirib.


Prezident İlham Əliyev eyni zamanda bildirib ki, artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir. Eyni zamanda qeyd olunub ki, “Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA mütləq qeyd olunmalıdır. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir”.


Azərbaycanın beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəyinə diqqət çəkərək ölkə başçımız qeyd edib ki, Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.


 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.