Xəbər lenti
Dəmir yumruq » Manşet » Müstəqil namizəd vəkil- jurnalist Anar Əlişah oğlu Nağıyevin seçkiqabağı platforması
Manşet / Cəmiyyət / 9-08-2024, 23:55

Müstəqil namizəd vəkil- jurnalist Anar Əlişah oğlu Nağıyevin seçkiqabağı platforması

  92 saylı Göyçay- Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə deputatlığa müstəqil namizəd vəkil- jurnalist Anar Əlişah oğlu Nağıyevin seçkiqabağı platforması..


Seçin ki, seçiləsiniz!


İlk iki ilin qarşıya qoyulan planlarından: – Deputat ofisinin seçki dairəsi üzrə yaradılması; qəbul günlərinin seçiçiəri qəbul etmək;
İqtidarla seçici arasında körpü olaraq, sakinlərin sözünü dövlətimizə çatıracam. Rayon icra hakimiyyəti ilə birlikdə sakinlərə xidmət etmək.Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna elektron portal vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi və iştirak etmək;
 – Yerli icra hakimiyyəti orqanlarına müraciətlərin elektron şəkildə göndərilməsi və prosesin elektron portal vasitəsilə izlənilməsi. (müraciət,şikayət, ərizə, təklif) məqsədilə təkliflər vermək – Əmək haqqlarının, pensiya və müavinətlərin bazar iqtisadiyyatına münasib tənzimlənməsi və həmçinin artırılmasını diqqət mərkəzində saxlanması;
 – Gənclər,ziyalıların,müəllim,həkim,mədəiniyyət xadimlərinin,alim,yazıçı,şairlərin,diplomlu işsizlər,müxtəlif peşə,qələm sahiblərinin,istedadlı, bacarıqlı şəxslərin,idmançıların,sahibkarların məşğulluq məsələlərinin həlli istiqamətində dövlət proqramının hesabına həyata keçirilməsi məqsədilə təkliflər vermək;
 – Təhsil, mədəniyyət və səhiyyə sahələrinin səmərəli fəaliyyətinin təmin edilməsi.Yeni yetmə və gənclər arasında vətənpərvərlik ideyasnı ardcıl təbliğ etmək, milli şüur və milli ruhu yüksəltməyə çalışmaq.Rayon gənclərin sosial– iqdisadı problemlərin müsbət həllinə və onların ictimai siyahisi həyatda aktiv rol oynamasna daim səy gösdərmək.Gənclər arasında elmin mədəniyyətin və idmanı təbliğ məqsədiylə sistemli tədbirlərin kecirlməsi.Gənc alimlərin,yazarların qayğısna qalmaq və onların sosial müdafiəsinin yaxşılaşdırmağa çalışmaq.Özəl ali təhsil müəssisələrin qəbul edilmiş aztəminatlı  tələbələrin təhsil haqqını ödəməkdən azad olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq; dərslik,yataqxana təminatına dəstək. “ Rayon ərazisində tibbi xidməti yaxşılaşdırmaq məqsədilə ayrıca xəstəxana və poliklinika yaradılması istiqamətində təşəbbüs göstərmək, tibbi humanitar yardım gedişində əyriliklərə son qoyulması üçün təkliflər vermək və s. tibb sahəsində aztəminatlı ailələrin  tələblərin, əlillərin, şəhid ailələrinin, qazilərin, vetranların  tibbi sığortasını ödənişsiz isdifadə ede bilməsində daha tez və kefiyətli müayinə və müalicəsi üçün müvafiq qanunların qəbulunda fəal iştrak etmək.
– Kənd təsərrüfatı sahəsində əsaslı dönüş yaratmaq məqsədilə məqsədyönlü təkliflər həyata keçirilməsi, bu sahəd çalışanlara güzəştli şərtlərlə kredit verilməsi, bazar qiymətlərinin tənzimlənməsində dövlət nəzarətinin gücləndirilməsi və bu məqsədlə yeni dövlət qurumlarının yaradılması zərurətinə baxılması;
- Şəhid ailərinə diqqət, qayğının dahada artırmaq, başımızın tacı olan, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ad günləri, ildönümlərini yad etmək,xatirə lövhələrinin, uşaq bağçaları, orta məktəblərə,küçələrə  gələcəyimiz yetişən uşaqlarımızın vətənpərvər yetişməsi naminə əbədləşdirilməsi üçün adların verilməsini təmin etmək,Qarabağ müharibəsində sağlamlığını itirmiş əlillərin təqaüdlərinin üç dəfə artırılması sahəsində təkliflərlə həll edilməsi,Müharibə vetranların sosial müdafiəsinin hər tərəfli yaxşılaşdırmaq məqsədilə davamlı şəkildə çalşmaq;
– Müəllimlərin və tibb işçilərinin əmək haqqının artırılmasının vacibliyini diqqətdə saxlamaq; Səhiyyə ocaqlarında tibbi sığorta vasitəsi ilə xəstələrin tam müayinə və müalicəsi. Savadlı həkim personalının işə cəlb olunması, müraciət edən pasentlərin sağalmasıüzrə nəzarətin təmini,dərmanların satışına nəzarət, xəstələrin təhçizatına,istilik,xüsisi ləvazimatlar,sanitar,yatmaq,yemək təminatna  xüsusi diqqət,bəzi tibb işçilərinin apteklərlə iş birliyinə son qoymaq;
- Mətbuat elin aynasıdır. Əsil qələm sahiblərinə qarşı diqqət və qayğı ilə yanaşmaq, 4 cü hakimiyyət nümayəndələrinə (qəzet, jurnal, sayt,tv,kanal)jurnalistlər haqqında qanunların həyata keçirilməsini təmin etmək. Yazılan yazılar, çəkilən müsabibələr, verilən xəbərlər,köşə yazıları, araşdırmalar, lahiyələr ümumilikdə mətbuat sahəsində əmək haqlarının artırılması,qarşı tərəfdən aslılığın münumum şəkildə azaldılması,rayon qəzetlərinin və saytlarının müasir tələblərə cavab vermək,redaksiyaların bərpası,texniki bazalarla təhçizat,yazıçı və şairlərin kitablarının nəşr olunmasının təminatı,regional idarələr,nazirliklər, agentliklərdə jurnalist sorğu və araşdırmalarına şəraitin yaradılması,həftəlik,aylq, rüblük hesabatların paylaşılması, bir sözlə mətbuatın inkişafına əsil, real dəstəyin dövlət və yerli icra idarəetmə orqanları tərəfindən təşkilinin vacibliyi. KİV haqqında Azərbaycan respublikası qanunlarının həyata keçirilməsini təmin etməyin vacibliyi;
-Karupsiya, rüşvətxorluq, qohumpərəstlik münasibətlərini kadr seçimində ləğvinə nail olmaq üçün,savadlı, bacarıqlı, təcrübəli şəxslərin işə cəlb olunması siyasətini həyata keçirib,real kadr seçiminə nail olmaq;
– Azərbaycan və Türk diyasporların sıx əlaqəli inkişafını təbliğ etmək, milli dəyərlərin ön planda inkişaf etməsinə və ümümbəşəri çağdaş dəyərlərlə inteqrasıyasına çalışmaq. Azərbaycan və Türk Dövlətləri, Türk-İslam dünyası arasındakı qardaşlıq dosluq əlaqəlırini dahada möhkəmlənməsi istiqamətində iş aparmaq. Göyçay qəzasında 1918 ci il Qafqaz İslam Ordusunun yerli əhalini erməni daşnaqlarından təmizlənməsi, vətənin azadlığı naminə döyüşlərdə qəhrəmanlıqla şəhid olan rayon sakinləri və Türk əsgərlərinin xatirə lövhələrinin əbədləşdirmək,Nuru Paşanın abidəsinin ucaldılması, Rayon şəhidləri haqqında kitab,kino, sənədli filmlərin çəkilməsi,orta məktəb şagirdlərinə, ali məktəb tələbələrinə, qalib idmançılara qəhrəman şəhidlərimizin adına təqaüdlərin verilməsi,igid qazilərimiz, müharibə iştirakçıları,vetranlarımız,tanınmış şəxslər,rayonun qocaman ziyalıları, musiqiçiləri,mədəniyyət xadimləri ilə görüşlərin təşkili, onları daima diqqət,qayğıda saxlamaq;
- Gənclər gələcəyimizdir, gələcəyimiz naminə aksiya və lahiyələrin həyata keçirilməsi,narkomaniya, pis vərdişlərdən uzaq olmaq, gənclərin asudə vaxtının səmərəli istifadəsi. Dairə üzrə şəhər,kəndlər üzrə təmizlik aksiyaları,ağac və gül kollarının əkilməsi və qulluğu,quru ağacların budanmasının şəhər və ya rayon yerli idarəetmə orqanlarının nəzarəti və icazəsi ilə təmizlənməsi, hansısa faciəyə yol açmadan təhlükəsizliyin təmini,təmiz şəhər,təmiz kənd lahiyəsinin həyata keçirilməsi,Göyçay şəhərində məhşur çinarların həmişə yaşıl qalması, ətraf mühitin qorunması,təbiəti sevmək naminə sakinlərimizlə birgə çalışmaq.Park, xiyaban, bağ- bağçalarda ağacların,gül kollarının təbbi üsulla suvarılması,Göyçay və Türyançay arasında iki çay ətrafının suvarılması lahiyəsinin təşkili,Şirvan kanalının əkin sahələrinin suvarılması üçün istifadəsi, Göyçay şəhərində Azərbaycan brendi olan ASAN xidmətin yaradılması, Univerisitet, insistut, kolleclərin rayonda fəaliyyətə başlanması,Nazirlik, agentliklərin rayon ərazisində regioal idarələrinin yardılması,Turizm bölgəsi üçün əlverişli ərazilərin seçilməsi,yaradılması üçün fəaliyyət,idman sahəsində futbol,valeybol və s. inkişafı,sahibkarlara regonda məhsuldarlığın artırılması,rayonda yetişən nar,karalyok,alça,heyva,üzüm,pomidor və s meyvələrin satış bazasını,respublilka ərazisinə və xaricə çıxarılması lahiyələrinn həyata keçirilməsin təmin etmək,otlaq sahələrinin, örüş ərazilərinin əhaliyə qaytarılması,əkin sahələrinin bərpası,tut tinklərinin bərpası,baramaçılığın inkişafı,kəndçilərin heyvandarlıq və əkinçilik üçün vəziyyətin yaxşılaşdırılması, şəhərin müasirləşməsi,yol prospekt,parkların yeniləşməsi,komunal xidmətlərə nəzarətin atrırılması,qaz,işıq su internet,rabitə sahələrində yenidənqurma işləri faisləsiz təminatın yaradılması,enerji daşıyıcılarına, kommunal və nəqliyyat xərcləri üzrə qiymətlərin əhalinin maddi vəziyyətini nəzərə alınmaqla tənzimlənməsi,əlavə iş yerlərinin artırılması,əhalinin məşğuliyyəti məqsədi ilə zavod,fabriklərin açılması,özəl və dövlət tədris kurslarının,ibtidai,abuturent hazırlıqlarının rayon ərazisində çoxalmasın, rəqabətin müsbət şəkildə kefiyətin artırılmasına çalışmaq;
 - Tarixi abidələrin qorunması və bərpası,yeni yaşayış binaları üzrə Göyçay şəhərindən Ağdaş rayonu istiqamətinə yen şəhərciklərin tikilməsi,şəhər daxili,məhəllələr kənd yollarının təmir bərpası, kitabxanaların,muzeylərin,uşaq bağçalarının,məktəblərin müasir standartlara cavab verəcək dərəcədə dəyişilməsi, Bələdiyyə və icra nümayəndəliklərinin özünü idarə etmə sahəsində birləşməsi,təmizlik, zibil yığımına xüsusi nəzaətin yaradılması,Göyçay gənclər evinin regionda mərkəzə qaytarılmas, regional,respublika əhəmiyyətli yarışlara ev sahibliyi,gənclərin işə cəlb edilməsi uğrunda çalışmaq; 
- Göyçayın şan, şöhrətin qaytarmaq,yüksəltmək,adət- ənənələrin yaşatmaq.Nar festifallarının beynəlxalq qonaqların iştirakını, rəngarəngliyini təmin etmək respubilkada öz möhtəşəmliyi, meyvəçiliyikdə liderliyi saxlamaq uğrunda fəaliyyət,Göyçay çayı sahilində parkın salınmasını realaşdırmaq.Göyçayın inkişafı naminə birgə fəəaliyyəti təmin etmək;


Yüz il əvvəl olub qəza mərkəzi,
Yayılıb dünyaya yurdumun səsi.
Nə gözəl səslənir "Göyçay" kəliməsi,
Ömrümün axarı, əzəli Göyçay, 
Şirvan torpağının gözəli Göyçay.
---
Yaşıldır çinarları,
Dadlıdır şirin narı.
Çox sevir dostu, yarı,
Yaraşıqlı Göyçayım...
Ağdaşın heyvası, Göyçayın narı...
--
Gözəldir diyarım, gözəldir yurdum.
Hər yerdə tanınır mərd övladları...
Yaşadır, yaradır bu gözəl məkan,
Gözəldir diyarım, gözəldir yurdum.
Göyçaya girirsən nar bağça-bağlar,
Ağdaşı ötürsən bol heyva meyvəli torpaq.
Gözəllik yaradır insan əlləri,
Gözəldir diyarım, gözəldir yurdum....
Vətən müharibəsi zamanı,“Dəmir yumruq”əməliyyatının keçirilməsi, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olması, üç rəngli bayrağımızın əbədi və əzəli torpaqlarımızda dalğalanması bizim zamanımızda baş verən fəxirli hadisələr bir daha Qalib xalqın qalib liderinin yenidən prezident seçilməsi hər bir Azərbaycanlı kimi mənidə sevindirib, qürurlandırıb. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də növbəti onillikdə ölkənin sosial- iqtisadi inkişafına dair müəyyənləşdirilən beş Milli Prioritetdən biri Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmasıdır.Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması,su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir.Bu prioritet daxilində strateji dövrdə iki məqsədin - yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanı - effektiv reallaşdırılmasına nail olunmaq hədəflənir.İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində "yaşıl enerji” zonası,"yaşıl kənd təsərrüfatı","yaşıl nəqliyyat","ağıllı" şəhərlər,"ağıllı" kəndlər yanaşmalarının tətbiqi,19 minlərlə hektar sahədə meşələrin bərpası burada 2050-ci ilə qədər “netto sıfır emissiya” hədəfinə çatmaqda böyük rol oynayacaqdır.Dördüncü Sənaye İnqilabı adlandırılan yeni dövrün əsasını təşkil edən yaşıl enerji ənənəvi enerji mənbələrini - daş kömür,neft- qaz kimi sahələri geridə qoyacaq.“Yeni istehsal olunan mühərriklər,maşınlar hidrogen,qaz və elektrik enerjiləri ilə işləyirlər.Yaşıl hidrogeni ixrac etmək potensialını yaratmaq üçün tərəfdaşlarımızla,dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə əməkdaşlıqları artırmaq arzuolunan hesab edilir.Bərpaolunan enerji gündəliyimizi təkcə günəş,külək elektrik stansiyaları ilə məhdudlaşmayaraq,Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı inkişaf etdirmək prioritet məsələlərdəndir.Beləliklə, Azərbaycanın COP29-a,Braziliyanın COP30-a ev sahibliyi etməsi böyük əhəmiyyət kəsb edir.COP çərçivəsində Azərbaycan,Braziliya və Birləşmiş Ərəb Əmirlikləri qlobal istiləşməni 1.5 dərəcədə saxlamaq üçün birgə fəaliyyət göstərəcək.Beləliklə, Azərbaycan apardığı məqsədyönlü iş,böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməyə tam layiqdir”."COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir.Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə,o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik".Azərbaycan Respublikası Prezidentinin səsləndirdiyi fikirlərlə tam razı olan vətəndaş olaraq tam gücümüzü səfərbər etməli,bu möhtəşəm tədbirdə məsuliyyətlə çalışmalıyıq.
“Tarixi Zəfər nəticəsində əldə etdiyimiz yeni dövrün reallıqları həm Böyük Qayıdışın başlanmasını sürətləndirir,həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır”İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması,ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi,qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və  Şərqi Zəngəzurun dirçəlişində,  əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanıngöstərdiyi istiqrarlı davranış ölkəmizin beynəlxalqarenadakı nüfuzunu və bölgəyə olan marağı günü- gündən artıraraq, xariciinvestisiyalarınprioritetlərinindəqiqmüəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonlarında mövcud olan enerji mənbələri,qiymətli yeraltı sərvətlər, xammal yataqları və  çox sayda cəzbedici investisiya üstünlükləri bölgəyə parlaq gələcək vəd edir.
“Biz birlikdı güclüyük!”, Ali Baş komandan, Müzəffər sərkərdə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xarici və daxili siyasətini dəstəkləyərək, xalqın xidmətçisi olaraq dövlətimizə xidmət edəcəm.Azərbaycan multikulturalizminin ölkə daxilində və xaricində ümümbəşəri bir idologiya həddinə çata biləcək formada təbliğ etmək;
Göyçay şəhəri və Ağdaş rayonunun dairə üzrə kəndlərinin sakinlərinin üzləşdiyi yaşayış yerlərindəki, sosial sahədə olan çatışmazlıqlarda yardımçı olaraq və lazım gəldikdə dövlət səviyyəsində həllinə nail olmaq hər ay ərzində seçicilərə hesabat vermək ali borcumdur.
Mən Milli Məclisdə sizin hər birinizin nümayəndəniz olmağı özümə şərəf işi bilirəm. Hüquqlarınızın qorunması uğrunda mübarizədə özünüzə ehtibarlı müttəfiq və dost qazanmaq istəyirsinizsə, 01sentyabr 2024-cü il tarixdə seçki məntəqələrinə gəlib müstəqil namizəd, hüquqşünas və jurnalist, aranızdan çıxan eloğlunuz, həmyerliniz Anar Əlişah oğlu Nağıyevə səs verin. 
Xalqıma, vətənimə, dövlətimə sadiq olaraq əziz və hörmətli seçicilərim sizlərə söz verirəm ki, sizinlə birgə olacam, sizin verdiyiniz səsə səs verəcəm. Allah şəhidlərimizə rəhmət, qazi və vetranlarımıza şəfa versin.
 Bütün namizədlərə 1 sentyabr 2024 cü tarixində keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərində uğur arzu edirəm.
 
Anar Əlişah oğlu Nağıyev
10.08.2024.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.