Xəbər lenti
Dəmir yumruq » Manşet » Deputatlığa namizədliyi qeydə alınanların 305-i 25 siyasi partiyanın nümayəndəsidir
Manşet / Siyasət / 8-08-2024, 16:05

Deputatlığa namizədliyi qeydə alınanların 305-i 25 siyasi partiyanın nümayəndəsidir

 

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə siyasi partiyaların qeydə alınan namizədlərinin sayı açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, 25 siyasi partiyadan 459 nəfərin namizədliyi verilib, onlardan 305-i qeydə alınıb.

"İndiyədək ümumilikdə 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb", - o deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.