Media subyektlərinin seçkilərin işıqlandırılmasındakı rolu olduqca vacibdir. Onlardan böyük gözləntilərimiz var.
DEMİRYUMRUQ.AZ xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov avqustun 8-də media subyektlərinin nümayəndələri üçün keçirilən müşavirədə söyləyib.
Media nümayəndələrinin əməyini yüksək qiymətləndirən M.Pənahov dünyada medianın rolunun böyük önəm daşıdığını vurğulayıb.