2024-cü ilin iyul ayı ərzində 9 673 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq DSMF tərəfindən ödəniş edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, müavinət ödənişləri 4 566 nəfər qız uşağı, 5 107 nəfər oğlan uşağına görə aparılıb.