İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrail Dövlətinə səfər etməmələri tövsiyə olunur.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Hal-hazırda İsrail Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir", - məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan XİN vətəndaşlarımızın Fələstinə səfər etməmələri barədə çağırış etmişdi.