Xəbər lenti
Dəmir yumruq » Manşet » İranın İsrailə qarşı gözlənilən cavab zərbəsinin tarixi açıqlandı
Manşet / Dünya / 4-08-2024, 22:38

İranın İsrailə qarşı gözlənilən cavab zərbəsinin tarixi açıqlandı

 

İran İsrailə avqustun 5-də zərbə endirə bilər.

Demiryumruq.Az xəbər verir ki, bu barədə "Axios" ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Üç ABŞ və İsrail rəsmisi bildirib ki, onlar İranın bazar ertəsi İsrailə hücum edəcəyini gözləyirlər.

Xatırladaq ki, avqustun 3-də ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla Yaxın Şərqə gedib. O, İranın mümkün hücumuna qarşı müttəfiqlər koalisiyasının yaradılmasına çalışır. Kurilla Körfəz ölkələri, İordaniya və İsrailə səfər etmək niyyətindədir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.