Xəbər lenti
Dəmir yumruq » Manşet » MSK sədri parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayını AÇIQLADI
Manşet / Siyasət / 1-08-2024, 16:18

MSK sədri parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayını AÇIQLADI

 

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, indiyə qədər 23 ölkə və 5 qurumdan 94 beynəlxalq müşahidəçi qeydə alınıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.