Dəmir yumruq » Manşet » İraq Kürdüstan Regionunun başçısı COP29-a dəvət edilib
Manşet / Siyasət / 22-07-2024, 22:01

İraq Kürdüstan Regionunun başçısı COP29-a dəvət edilib

 

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani COP29-a dəvət edilib.

Bu barədə Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov “X” platformasında paylaşım edib.

“Bu gün Ərbil şəhərinə səfər çərçivəsində region başçısı cənab Neçirvan Bərzaniyə ünvanlanmış COP29-a dəvət məktubunu region başçısı administrasiyasının rəhbəri Fauzi Həririyə, İKR baş naziri cənab Məsrur Bərzaniyə isə ünvanlanmış dəvət məktubunu regionun xarici əlaqələr departamentinin rəhbəri Safin Dizayiyə təqdim etdim,”- deyə səfir qeyd edib.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.