Xəbər lenti
Dəmir yumruq » Manşet » Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”-deyə Prezident İlham Əliyev bildirib
Manşet / Siyasət / 20-07-2024, 18:10

Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”-deyə Prezident İlham Əliyev bildirib

 

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda  “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə sammiti çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edib.Böyük Britaniyada keçirilən və dünyanın nüfuzlu ölkələrinin rəhbərlərinin qatıldığı Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında prezident İlham Əliyevin iştirakı təbii ki, ilk növbədə beynəlxalq miqyasda Azərbaycanın yüksələn mövqeyinin və bilavasitə Prezidentimizin dünya liderləri arasında böyük söz sahibi olmasının göstəricisidir.


Bu gün elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki,Azərbaycan Prezidenti həmin tədbirlərdə iştirak etməsin,müasir dövrün çağırışları ,mövcud problemlərin həll yolları barədə fikirləri öyrənilməsin.Bütün bunlar bir daha təsdiq edir ki,dövlətimizin başçısı təkcə regional məsələlərdə deyil,qlobal proseslər zamanı da qətiyyətli və ədalətli mövqe nümayiş etdirir.Göründüyü kimi bu proseslər beynəlxalq ictimaiyyət tərəfindən də dərk olunur ki, Azərbaycan Prezidentinin fikirləri, irəli sürdüyü təşəbbüslər,verdiyi tövsiyələr qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində önəmli nümunədir.


Bildiyimiz kimi “Avropa Siyasi Birliyi” qitənin təhlükəsizliyinin,sabitliyinin və rifahının möhkəmləndirilməsi  kimi ,qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün siyasi dialoq və əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.Təbii ki, bu istiqamətdə Azərbaycanın mövqeyi bəllidir.Ölkəmiz istər regional,istərsə də beynəlxalq səviyyədə sülhə və təhlükəsizliyə önəmli töhfələr verir,əməkdaşlığın dərinləşməsinə çalışır,haqq və ədalətə söykənən xarici siyasət həyata keçirir.Azərbaycanın regiona gətirdiyi yeni reallıqlar da bunun əyani sübutudur.Bu reallıqlar,ilk növbədə,sülhə və sabitliyə əsaslanır,dövlətlərarası əməkdaşlığa yeni imkanlar açır. Bu baxımdan Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında aparılan müzakirələr,gəlinən qənaət regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə,əməkdaşlığın genişlənməsinə böyük töhfə olacaq.


Prezident İlham Əliyevin “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı, verdiyi mesajlar əlbəttə ki,Azərbaycanın sözü ilə əməlinin vəhdət təşkil etdiyini, kifayət qədər məhsuldarlığa ,əməkdaşlığa yönələn bir strateji tərəfdaş olduğunu, Avropa üçün prioritet ölkə olduğunu bir daha sübuta yetirmiş oldu.Dövlət başçımız bir daha bəyan etdi ki,enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur.Biz bu hədəfə doğru irəliləyirik.Belə ki,2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr olduğu halda, cari ildə bu rəqəm 13 milyard kubmetrə yaxın olacaq.


Artıq Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.Avropa Komissiyasının Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümüm-Avropa qaz təchizatı adlandırması bu platformadan bir daha diqqətə çatdırıldı.Dövlət başçımız bildirdi ki,bu ,çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üçün öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir.


“Bizim enerji layihələrinə gəlincə , Azərbaycan etibarlı təchizatçı olub.Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik.İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə,o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik.Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir.3 ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına çevrilmişik.Bizim qaz kəmərimiz –Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib.Sözsüz ki, müqavilələr bundan əvvəl imzalanmışdı və biz avropalı tərəfdaşlarımızı dərhal təchiz etməyə başladıq.Bundan əvvəl bizim tərəfdaşlarımz yalnız Gürcüstan və Türkiyə idi.


Beləliklə, qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi – Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”-deyə Prezident İlham Əliyev bildirdi.


Eləcə də görüşlərdə COP29-a toxunuldu və bu mötəbər tədbirin əhəmiyyəti vurğulandı.Dövlət başçımz səfər çərçivəsində ikitərəfli və çoxtərəfli formatda səmərəli görüşlər keçirdi və bu görüşlər də faydalı müzakirələrlə yadda qaldı.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.